“Sumqayıt”ın yeni transferi: “Yaxşı komandamız var”

“Sumqayıt”ın yeni transferi Roi Kehat Ərzurum toplanışı ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az xəbər verir ki, israilli futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Yaxşı komandamız var. Oyunçular olaraq hər birimizin oyun tərzini tanımağa başlayırıq. Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq.

Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar “Sumqayıt”da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim.

Komandanın səviyyəsi çox yaxşıdır. Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada bir problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir.

Ümid edirəm ki, evdə və səfərdə – hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button