“Qarabağ”dan “Rakuv”la səfər matçını izləmək istəyən azarkeşlərinə müraciət

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Rakuv”la (Polşa) səfər matçını “Miejski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət ünvanlayıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu oyunda azərbaycanlı azarkeşlər üçün ayrılmış biletlərin oyun günü – iyulun 26-da saat 18:15-dən etibarən D sektorunun yaxınlığında satılacağını açıqlayıb.

Biletin qiyməti 55 zlotdur (PLN). Bilet satışını meydan sahibi “Rakuv” klubu həyata keçirir.

Çenstoxovadakı “Mieyski” stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra – avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button