“Milan” belçikalı futbolçunu heyətdən kənarlaşdırıb

“Milan”ın hücumçusu Divok Oriqi klub rəhbərliyi tərəfindən heyətdən kənarlaşdırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun yaxın zamanda transferi ilə bağlı gözləntilərinə görə 2023/24 mövsümöncəsi təlim-məşq toplanışı üçün heyətə salınmayıb.

“Real”, “Yuventus” və “Barselona” ilə qarşılaşacaq milanlılar ABŞ-a turneyə çıxacaq. Belçikalı futbolçu bu yay başqa kluba keçmək niyyətində olduğu üçün turnedə iştirak etməyəcək.

Oriqi ilə “Kristal Pelas” və “Vest Hem” maraqlanır.

Futbolçu 2022-ci ilin iyulunda azad agent kimi “Milan”a keçib, bundan əvvəl isə” Liverpul”da çıxış edib. O 2022/23 mövsümündə “rossonyerlər”in heyətində 35 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button