Mata Fransa klubunda
“Lion” “Brügge”nin müdafiəçisi Klinton Matanı heyətinə qatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Anqolalı oyunçu karyerası ərzində yalnız Belçikada çıxış edib.
Mata 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 30 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin