“Səbail”dən Ukrayna klubuna
“Səbail”dən ayrılan ukraynalı futbolçu Petro Stasyuk karyerasını ölkəsində davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi LNZ klubu ilə anlaşıb.
Stasyuk 2022-ci ilin avqustunda “dənizçilər”lə müqavilə imzalamışdı. Paytaxt təmsilçisi başa çatan mövsümün sonunda oyunçu ilə yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin