Mərcdə qalib gəldi, jurnalistin bığını qırxdı – FOTO
“Mançester Siti” UEFA Çempionlar Liqasının finalında “İnter”i məğlub edib (1:0).
Komanda.az “Fora de Campo”-ya istinadən xəbər verir ki, “şəhərlilər”in qapıçısı Ederson Moraes həlledici qarşılaşmadan öncə “TNT Sports”-un müxbiri Fred Kaldeyro ilə qalib gələcəklərinə dair mərcləşib. Mərcin qalibi Ederson olub.
Nəticədə, braziliyalı qolkiper matçdan sonra canlı efirdə jurnalistin bığını, Kaldeyro isə Edersonun saqqalını qırxıb.
Xatırladaq ki, tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirini qazanan “Mançester Siti” öncədən İngiltərə Premyer Liqasının və federasiya kubokunun da qalibi olmuşdu. Bununla da, onlar 2022/23 mövsümündə treblə imza atıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin