“Sabah”ın Antalyada son sınağı
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Elşad Əhmədovun çalışdırdığı Premyer Liqanın debütantı İsveçrə “Syon”unun U-21 komandası ilə qarşılaşacaq. Belek qəsəbəsindəki “İC Santai” otelinin futbol meydanında təşkil olunacaq matça Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Daha öncə Türkiyə “Əskişəhərspor”unu 1:0, Macarıstan “MTK Budapeşt”ini isə 3:1 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstanın “Tobol” komandası ilə heç-heçə edib – 2:2.
Yoxlama oyunu
22 yanvar
16:00. Sabah – Syon (U-21)
Belek, “İC Santai” otelinin futbol meydanı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin