Kloppun Milner barədə deyəcək sözü yoxdur
“Liverpul”un baş məşqçisi Yurgen Klopp yarımmüdafiəçi Ceyms Milnerin klubla müqaviləsinin başa çatmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis Milnerin müqaviləsi ilə bağlı məsələdə hələlik yenilik olmadığını deyib:
“Milnerin müqaviləsi ilə bağlı hələlik heç bir məlumat yoxdur. Hələ ki, bu barədə deyəcək heç nəyimiz yoxdur”.
37 yaşlı ingilis futbolçu bu mövsüm 35 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
Onun “Liverpul”la müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin