Ən çox qayda pozan və kobudluğa məruz qalan komandalar – Azərbaycanda
Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox qayda pozuntusu törədən komandalar məlum olub.
Komanda.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahının zirvəsində “Qəbələ” yer alır.
“Qırmızı-qaralar” orta hesabla hər oyunda 14,5 dəfə qaydanı pozub.
Növbəti sıralarda müvafiq olaraq “Turan Tovuz” (14,3), “Sabah” (14), “Səbail” (13,9), “Neftçi” (13,9), “Sumqayıt” (13,2), “Kəpəz” (13), “Şamaxı” (13), “Qarabağ” (12,6) və “Zirə” (12) qərarlaşıb.
Ən çox qayda pozuntusuna məruz qalan komanda isə “Səbail”dir. “Dənizçilər”də bu göstərici orta hesabla hər oyunda 14,3-dür.
Növbəti mövqelərdə “Zirə” (14,1), “Sumqayıt” (13,5), “Turan Tovuz” (13,2), “Sabah” (13,1), “Kəpəz” (13), “Qəbələ” (12,4), “Neftçi” (11,8), “Qarabağ” (11,7) və “Şamaxı” (11,3) yer alıb.
Sözügedən araşdırma 2022/2023 mövsümündə fevralın 21-dək olan oyunlara əsasən aparılıb.
Bizi Facebook-da izləyin