“Barselona” Çempionlar Liqasına buraxılmaya bilər!
“Barselona” UEFA tərəfindən sanksiyalarla üzləşə bilər.
Komanda.az xəbər verir ki, idman hüquqşünası Xorxe Vakero klubun hakimlərə rüşvət verməkdə şübhəli mövqedə olduğunu açıqlayıb.
UEFA-nın qaydalarına əsasən, hansısa klubun ölkə çempionatında və ya beynəlxalq turnirdə nəticəyə təsir etmək məqsədi daşıyan fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirakı təsdiqlənsə, həmin klub avrokuboklardan kənarlaşdırılmalıdır.
“Barselona”nın qeyd edilən məsələdə günahkar olduğu üzə çıxarsa, UEFA kataloniyalıların növbəti mövsümdə Çempionlar Liqasında iştirakına icazə verməyə bilər.
Xatırladaq ki, “Barsa” idman nəticələrinə təsir etmək üçün İspaniyanın Hakimlər Komitəsinin keçmiş üzvünə pul köçürməkdə ittiham olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin