Dağıntılar altında qalan qapıçı ölü tapıldı
Türkiyədəki güclü zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
Komanda.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin baş məşqçisi Yılmaz Vural yerli mətbuata açıqlamasında məlumat verib.
O, 28 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Daha öncə onun həyat yoldaşı dağıntılar altından sağ çıxarılmışdı.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü və silsilə zəlzələlər nəticəsində ən son məlumatlara görə, 4544 nəfər vəfat edib, 26721 nəfər yaralanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin