Emreli “Legiya”nın bombardirləri siyahısında
Azərbaycanlı futbolçu Mahir Emreli keçmiş klubu “Legiya”da son 10 ilin bombardirləri siyahısına düşüb.
Komanda.az “Sport.tvp.pl” nəşrinə istinadən xəbər verir ki, hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayan hücumçu bu göstəriciyə əsasən, 10-cu pillədə qərarlaşıb.
O, Polşa klubunun heyətində 33 oyuna çıxıb və 11 dəfə fərqlənib. 26 yaşlı futbolçunun qol ortalaması 0,33-ə bərabər olub.
Tam siyahı aşağıdakı kimidir:
1. Nemanya Nikoliç – 0,64 (55 qol / 86 oyun)
2. Yaroslav Niezqoda – 0,48 (29 qol / 60 oyun)
3. Tomaş Pexart – 0,43 (39 qol / 90 oyun)
4. Marek Saqanovski – 0, 41 (58 qol / 135 oyun)
5. Vladimir Dvalişvili – 0,40 (21 qol / 53 oyun)
6. Daniel Lyuboya – 0,38 (30 qol / 78 oyun)
7. Orlando Sa – 0,36 (15 qol / 42 oyun)
8. Karlitos – 0, 36 (24 qol / 66 oyun)
9. Aleksandar Priyoviç – 0,33 (24 qol / 72 oyun)
10. Mahir Emreli – 0,33 (11 qol / 33 oyun)
Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik sözləşmə imzalayıb.
Bizi Facebook-da izləyin