Azərbaycan gimnastı Almaniyada qızıl medal qazandı
Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən “4-cü Qış kuboku” yarışında qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.
Yarışa dekabrın 12-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin