DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşıb. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkib. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun – Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqdılar. Beş qolun qeydə alındığı bu matçda sevinən tərəf məhz İsveçrə yığması olub. Braziliya ilə oyundan sürpriz qələbə ilə ayrılan Kamerun, həmçinin qrup sonuncusu olan Serbiya isə DÇ ilə vidalaşıb.

H qrupunda isə minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gəlib. Hesabı Portuqaliya yığması açsa da, Cənubi Koreya millisi yekunda əzmkar qələbəyə sevinib. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətiriblər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilərdi. Amma bu oyunda da Uruqvay yığması qalib gəlib. Lakin top fərqində daha yaxşı göstəricilərə malik Cənubi Koreyası ikinci yerlə pley-offa yüksəlib. Nəticədə Uruqvayla Qana mübarizəni dayandırmalı olub.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.

Dünya çempionatı
2 dekabr

G qrupu

Kamerun – Braziliya 1:0
Qol: Vensan Abubakar, 90+2.
Qırmızı vərəqə: Vensan Abubakar, 90+3 (ikinci sarı).
Baş hakim: İsmail Elfat (ABŞ).
“Lusail” stadionu.

Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 20. Brayan Mbeumo, 13. Erik Şupo-Motinq, 4. Kristofer Vu, 24. Entso Eboss, 6. Mumi Nqamalyo, 10. Vensan Abubakar (k).
Braziliya: 23. Ederson, 14. Eder Militao, 16. Aleks Telles, 13. Daniel Alves (k), 8. Fred, 15. Fabinyo, 21. Rodriqo, 19. Antoni, 18. Qabriel Jezus, 26. Qabriel Martinelli.

Serbiya – İsveçrə 2:3
Qol: Aleksandr Mitroviç, 26. Duşan Vlahoviç, 35 – Cerdan Şakiri, 20. Bril Embolo, 44. Remo Froyler, 48.
Baş hakim: Fernando Rapallini (Argentina).
“Stadium 974”.

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç (k), 18. Duşan Vlahoviç.
İsveçrə: 21. Qreqor Kobel, 3. Silvan Vidmer, 5. Manuel Akanci, 22. Fabian Şer, 13. Rikardo Rodriges, 10. Qranit Caka (k), 8. Remo Froyler, 23. Cerdan Şakiri, 15. Cibril So, 7. Bril Embolo, 17. Ruben Varqas.

Xal: Braziliya – 6. İsveçrə – 6. Kamerun – 4. Serbiya – 1.

H qrupu

Qana – Uruqvay 0:2
Qol: Corcian de Arraskaeta, 26; 32.
Matçın 26-cı dəqiqəsində Andre Ayyu penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Daniel Zibert (Almaniya).
“Əl-Janoub” stadionu.

Qana: 1. Lourens Ati-Zici, 21. Abdul Samed Salis, 18. Daniel Amarti. 10. Andre Ayyu (k), 9. Cordan Ayyu, 17. Abdul Rahman Baba, 20. Məhəmməd Kudus, 5. Tomas Parti, 4. Məhəmməd Salisu, 26. Alidu Seydu, 19. İnyaki Uilyams.
Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares (k), 15. Federiko Valverde.

Cənubi Koreya – Portuqaliya 2:1
Qol: Kim Yunq Qvon, 27. Hvanq Hi-Çan, 90+1 – Rikardo Horta, 5.
Baş hakim: Fakundo Telyo (Argentina).
“Edyukeyşn Siti” stadionu.

Cənubi Koreya: 1. Kim Sın Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Bom, 5. Yunq Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son (k), 9. Sun Kyu Ço.
Portuqaliya: 22. Dioqo Kosta, 3. Pepe, 24. Antonio Silva, 20. Joao Kanselo, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neves, 17. Joao Mario, 23. Mateus Nunyes, 21. Rikardo Horta, 7. Kristiano Ronaldo (k).

Xal: Portuqaliya – 6. Cənubi Koreya – 4. Uruqvay – 4. Qana – 3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button