Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko həbs olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyevin Peçersk məhkəməsi Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.
UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min dollar) məbləğində girov müqabilində azad oluna bilər.
Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin