İsveçli modellə həyatını dəyişən Fiqu
Bu gün öz dövrünün ən yaxşı oyunçularından sayılan portuqaliyalı keçmiş futbolçu Luiş Fiqunun 50 yaşı tamam olur.
Komanda.az xəbər verir ki, Fiqunun İspaniya çempionatında dörd uğuru var – ikisi “Barselona”, ikisi “Real”la. O, “İnter”in heyətində İtaliya çempionu olmağı da bacarıb.
Fiqu 2000-ci ildə Portuqaliya millisi ilə Avropa çempionatında gümüş medal qazanıb, “qızıl top”un sahibi olub (2000) və FİFA-nın versiyasına görə dünyanın ən yaxşı futbolçusu kimi tanınıb (2001).
Maraqlıdır ki, Fiqu bütün böyük qələbələrini 1996-cı ildə dünyanın bir çox məşhur brendlərinin siması olan isveçli model Helen Svedinlə görüşdükdən sonra qazanıb. Evli olan cütlüyün üç qızı var: Daniela, Martina və Stella.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin