Nigeriyalı futbolçu Super Liqada klubunu dəyişdi

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Musanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ahmed Musanın sonuncu iş yeri Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” olub. O, ötən ilin iyul ayından sözügedən klubun uğurları üçün çalışırdı. Bu komandada 34 matça çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmsında 107 oyun keçirib, 16 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button