Çempionlar Liqası: Mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmada ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib. İlkin təsnifat mərhələsində Estoniya “Levadiya”sı İslandiyanın “Vikinqur” komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorra “İnter”inə rəqib olub.

Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Oyunlar İslandiyada keçiriləcək.

İlkin təsnifat mərhələsinin qalibi 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi hesab olunur. Bu mərhələnin püşkü iyunun 14-də atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button