“Atletiko” “Real”ı məğlub yola saldı
Futbol üzrə İspaniya çempionatında 35-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Vilyarreal” – “Sevilya” və “Espanyol” – “Osasuna” matçlarında qalib müəyyənləşməyib. “Xetafe” ilə “Rayo Valyekano”nun görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.
Turun mərkəzi görüşü Madriddə keçirilib. Çempionluğu rəsmiləşdirən “Real” “Atletiko” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
İspaniya La Liqası, 35-ci tur
6 may
Levante – Real Sosyedad 2:1
Qol: Miramon, 53. Melero, 90 – D.Silva, 66.
7 may
Malyorka – Qranada 2:6
Qol: Sevilya, 28. Raillo, 58 – L.Suares, 6. Eskudero, 46. Puertas, 55. Molina, 69; 90. Uzuni, 78.
Atletik – Valensiya 0:0
Kadis – Elçe 3:0
Qol: Neqredo, 80. Sobrino, 83. Lozano, 90+3.
Selta – Alaves 4:0
Qol: Qalyardo, 6. Aspas, 34; 66. Navarro, 57-öz qapısına.
Betis – Barselona 1:2
Qol: Bartra, 79 – Fati, 76. Alba, 90+4.
8 may
Xetafe – Rayo Valyekano 0:0
Vilyarreal – Sevilya 1:1
Qol: Lo Çelso, 86 – Kunde, 90.
Espanyol – Osasuna 1:1
Qol: Melamed, 67 – Barxa, 42.
Atletiko – Real 1:0
Qol: Karrasko, 40.
Bombardir: Kərim Benzema (Real) – 26 qol.
Bizi Facebook-da izləyin