“Valensiya” səfərdən 1 xalla döndü
Futbol üzrə İspaniya La Liqasında 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun ilk matçında “Sevilya” ilə “Qranada” üz-üzə gəlib. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Şənbə günü daha dörd qarşılaşma baş tutub. Üç qolun qeydə alındığı “Kadis” – “Betis” matçında qonaqlar qələbə qazanıblar. “Vilyarreal” da evdə “Atletik”ə məğlub olub.
Səfərdə “Malyorka” ilə qarşılaşan Madrid “Atletiko”su turu məğlubiyyətlə başa vurub. Lider “Real” isə “Xetafe”ni 2 cavabsız qolla üstələyib.
“Barselona” səfərdə “Levante” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda Kataloniya təmsilçisi çətin və əzmkar qələbəyə sevinib.
Turun qapanış matçında “Rayo Valekano” ilə “Valensiya” üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
İspaniya La Liqası, 31-ci tur
8 aprel
Sevilya – Qranada 4:2
Qol: D.Karlos, 32. Okampos, 66. Mir, 90+3. P.Qomes, 90+10 – Maçis, 23. V.Dias, 88.
9 aprel
Kadis – Betis 1:2
Qol: Alexo, 58 – Tello, 78. B.İqlesias, 85.
Malyorka – Atletiko 1:0
Qol: Muriqi, 68-pen.
Vilyarreal – Atletik 1:2
Qol: Pedraza, 60 – R.Qarsiya, 43.
Real – Xetafe 2:0
Qol: Kazemiro, 38. Lukas, 68.
10 aprel
Osasuna – Alaves 1:0
Qol: Budimir, 90+2.
Espanyol – Selta 1:0
Qol: Lei, 89.
Elçe – Real Sosyedad 1:2
Qol: Karrilyo, 3 – Sorlot, 31. Normand, 39.
Levante – Barselona 2:3
Qol: Morales, 52-pen. Melero, 83-pen – Obameyanq, 59. Pedri, 63. De Yonq, 90+2.
11 aprel
Rayo Valyekano – Valensiya 1:1
Qol: Qvardiola, 83 – Soler, 57.
Bizi Facebook-da izləyin