
“Yuventus”un Ançelottiyə “sürpriz”i
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Arsenal”a 0:1 hesabı ilə məğlub olan “Napoli”nin baş məşqçisi Karlo Ançelotti, matçdan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, fərqli oyun göstərdiklərini deyib:
“Oyun sadəcə 30 dəqiqə davam etdi. Həmin vaxta qədər vacib fürsətlərimiz vardı. “Arsenal”ın qolundan sonra mərhələni keçmək mümkünsüz oldu və oyundan qopduq.
“Liverpul”a və PSJ-yə qarşı göstərdiyimiz futbol bu deyildi. Belə mərhələləri keçmək üçün yaratdığımız epizodları qola çevirmək lazımdır. Biz bunu bacara bilmədik və rəqib ilk fürsətdə hesabı açdı”.
İtalyan mütəxəssis, avrokuboklarda İtaliya təmsilçisinin qalmaması ilə bağlı da açıqlama verib:
“Artıq avrokuboklarda İtaliya təmsilçisi qalmadı. “Yuventus”u Çempionlar Liqasının yarımfinalında görməmək mənim üçün sürpriz oldu. Buna baxmayaraq, bu komandanın İtaliyanı yaxşı təmsil etdiyini düşünürəm”.
Bizi Facebook-da izləyin



