DÇ-nin iştirakçılarından biri dəyişdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Komanda.az xəbər verir ki, Yeni Zelandiya təmsilçisi “Oklend Siti” mundialda iştirakdan imtina etmək məcburiyyətində qalıb.

Buna koronavirus pandemiyası səbəb olub. Belə ki, pandemiya səbəbindən “Oklend Siti” ölkədən kənara çıxa bilməyəcək. Bu üzdən də sözügedən komandanın əvəzində DÇ-də Taiti təmsilçisi “Pirae” iştirak edəcək.

“Pirae” ilk matçını BƏƏ-nin “Əl Cəzirə” klubuna qarşı keçirəcək. Görüşün qalibi 1/4 finalda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ilə üz-üzə gələcək. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi “Çelsi”nin önünə çıxacaq.

Daha bir 1/4 final matçı Misir təmsilçisi “Əl Əhli” ilə Meksika “Monterrey”i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliya “Palmeyras”ına rəqib olacaq.

Klublararası dünya çempionatı 3-12 fevral aralığında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button