İtaliya millisinin keçmiş hücumçusu həbs olundu

İtaliya milli komandasının və “Yuventus” klubunun keçmiş futbolçusu Fabritsio Mikkoli həbs olunub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliya Ali Məhkəməsinin ikinci bölməsi sabiq hücumçuya 3,5 illik həbs cəzası verib.

Mikkoli 7 ilədək azadlıqdan məhrum edilmiş Mauro Lauriçellenin tətbiq etdiyi mafioz üsulları ilə zorakılıqda günahlandırılıb.

Zorakılıq hadisəsi 10 il əvvəl baş verib. İtaliyanın gecə klublarından birinin sahibinin Mikkoliyə 12 min avro borclu olub. Mikkoli pulunu geri ala bilmədiyindən, kriminal strukturlara müraciət edib.

Mikkoli karyerası ərzində “Palermo”, “Fiorentina”, “Leççe”, “Yuventus” kimi klublarda çıxış edib. O, İtaliya yığmasında 10 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button