Azərbaycanlı futbolçu Polşa klubu ilə müqavilə imzaladı
Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin