“Qalatasaray” Emre ilə yeni müqavilə imzaladı
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Emre Akbabanın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Akbaba 2018-ci ilin yayından “Qalatasaray”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin