“Çelsi”nin sabiq futbolçusu Küveyt klubunda
“Çelsi”nin sabiq futbolçusu Con Obi Mikelin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Əl Küveyt” klubuna keçib. Bu barədə Küveyt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mikellə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Con Obi Mikel karyerası ərzində daha əvvəl İngiltərədə “Çelsi”, “Midlsbro”, “Stok Siti”, Türkiyədə “Trabzonspor” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin