“Bavariya”nın sabiq futbolçusu “Sivasspor”da
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü “Fatih Karagümrük”də keçirmiş Koray Altınayı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Münhendə dünyaya gələn Koray, “Bavariya”nın əvəzedici komandasında oynadıqdan sonra “Yan Regensburq”a keçib. 2013-cü ildə Türkiyəyə üz tutan futbolçu burada əvvəlcə “Rizəspor”un uğurları üçün çalışıb. 2016-2018-ci illər aralığında “Osmanlıspor”da çıxış edən yarımmüdafiəçi, yenidən “Rizəspor”a qayıdıb. 2019-cu ildən isə o, “Fatih Karagümrük”də çıxış edirdi.
Karyerası ərzində 238 matça çıxan Koray Altınay, 5 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin