“Qalatasaray”da yeni prezident bəlli oldu
Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti müəyyənləşib.
Komanda.az xəbər verir ki, seçkidə 5 namizəd – Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.
Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4731 şəxsin 1541-i Elması bu posta layiq görüb. Onun əsas rəqibi Eşref Hamamcıoğlu isə cəmi 41 səs az toplayıb.
Bununla da Burak Elmas İstanbul klubunun 38-ci prezidenti olub. O, bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin