“İtaliya millisinin ilk dördlüyə düşmək potensialı var”
İtaliya milli komandasının sabiq futbolçusu Alessandro Del Pyero açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Del Pyero, İtaliya yığmasının AÇ-2020-dəki şanslarını dəyərləndirib:
“Qrup mərhələsində yaxşı oyun gözləyirik və uğurlarımızı artırmalıyıq. İtaliya millisinin ilk dördlüyə düşmək potensialı var. Komandanın baş məşqçisi Roberto Mançini heç vaxt böyük hədəflərdən çəkinməyib.
İtaliya millisi son beş ildə böyük turnirlərdə yaxşı çıxış etməyib. Buna görə dəqiq proqnoz vermək çətindir”.
AÇ-2020 bu il 11 iyun-11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.
İtaliya millisi AÇ-2020-də Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin