Oğlunun Rusiyadan ayrılacağını açıqladı – Azərbaycan millisinin keçmiş futbolçusu

Gürcüstan milli komandasının yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yayda Rusiyanın “Rubin” klubundan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə onun atası, Azərbaycan millisinin keçmiş futbolçusu Badri Kvaratsxeliya Gürcüstanın “Sportall” nəşrinə açıqlamasında bildirib. O, yayda oğlunun Rusiyadan ayrılacağını deyib:

“Sizi yüz faiz əmin edə bilərəm ki, Xviça yayda “Rubin”dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəm. Fərqli klublarla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harda oynayacağına qərar verəcək. Bütün gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm”.

Kvaratsxeliya bu mövsüm “Rubin”in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button