“Barselona”da prezident seçkilərinin yeni vaxtı açıqlandı
İspaniyanın “Barselona” klubunda prezident seçkilərinin vaxtı məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Barselona”da prezident seçkiləri martın 7-də keçiriləcək.
“Barselona”da ötən ilin oktyabrında klubun prezidenti Xosep Bartomeu istefa vermişdi. Hazırda bu vəzifəni müvəqqəti olaraq Karles Tuskets icra edir. Klubda prezidentliyə namizədlər Xoan Laporta, Viktor Font və Antoni Freyşadır.
Daha əvvəl klubda prezident seçkilərinin yanvarın 24-də keçirilməsi nəzərdə tutulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin