Qar İspaniyada daha bir neçə matçın təxirə salınmasına səbəb oldu

Futbol üzrə İspaniya çempionatında 18-ci turun daha bir oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Komanda.az xəbər verir ki, sabah keçirilməli olan “Elçe” – “Xetafe” oyunu da baş tutmayacaq.

Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə güclü qar yağması səbəbindən Sequnda da bir neçə qarşılaşmanın təxirə salındığı diqqətə çatdırılıb. Söhbət “Mirandes” – “Rayo Valyekano”, “Alkorkon” – “Albasete” və “Leqanes” – “Almeriya” matçlarından gedir. Bu oyunlar qeyri-müəyyən tarixə ertələnib. “Sportinq” – “Fuenlabrada” və “Elçe” – “Xetafe” görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.

Qeyd edək ki, La Liqada 18-ci turun bu gün keçirilməli olan “Atletiko” – “Atletik” qarşılaşması da güclü qar səbəbindən təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button