Fransa klubu “Barselona”nın müdafiəçisini istəyir
“Barselona”nın futbolçusu Samuel Umtiti karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, fransız müdafiəçiyə “Nitsa” klubu “elçi düşüb”. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Nitsa” zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq Dantenin əvəzinə Umtitini heyətinə qatmaq istəyir.
Umtiti “Barselona” ilə bu mövsüm 3 oyuna çıxıb. Müdafiəçinin sözləşməsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin