“Sivasspor”un daha bir futbolçusu koronavirusa yoluxdu
Türkiyənin “Sivasspor” klubunda daha bir futbolçu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Super Liqanın 12-ci turu çərçivəsində “Alanyaspor”la matçdan öncə kollektivdən koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə bir futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb.
“Sivasspor” daha öncə koronavirusa yoluxan futbolçulardan ikisinin sağaldığını da açıqlayıb. Bir məşqçinin də sonuncu COVİD-19 testi neqativ çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin