“Milan”ın futbolçusu milli karyerasını bitirdi

İtaliyanın “Milan” klubunun qapıçısı Çiprian Teteruşanu Rumıniya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

34 yaşlı qolkiper açıqlamasında 10 ildir formasını geyindiyi millidən ayrılmağa qərar verdiyini söyləyib.

Qeyd edək ki, Teteruşani Rumıniya yığmasında 2010-cu ilin noyabrında debüt etmişdi. Həmin dövrdən bəri o, bu komandada 73 oyuna çıxıb.

Bu ilin sentyabrında Lion “Olimpik”indən “Milan”a transfer olunan Teteruşanu İtaliya təmsilçisində cari mövsümdə iki oyuna çıxıb, 3 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button