“Qarabağ”ın rəqibinin hücumçusu sıradan çıxdı
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Maks Qradel zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 32 yaşlı hücumçu Fil Dişi Sahili millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
Çiynindən zədələnən Qradel meydanı xərəkdə tərk edib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 26-da “Sivasspor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin