“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı

Futbol üzrə Qana yığmasının və “Beşiktaş”ın yarımmüdafiəçisi Bernard Mensah koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qana yığmasının düşərgəsindən dönən 25 yaşlı futbolçudan götürülən analiz müsbət nəticə verib. Bu üzdən də o, dərhal karantinə alınıb.

Qeyd edək ki, Mensah bu yay “Kayserispor”dan “Beşiktaş”a gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button