
96-cı ildönümü münasibəti ilə yeni forma – FOTO
“Fiorentina” klubunun 96-cı ildönümü münasibətilə 2022/23 mövsümü üçün üçüncü forması təqdim edilib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma Florensiyanın ən məşhur binalarından biri olan “Palazzo Vecchio”dakı “Zanbaqlar zalı”ndan ilhamlanıb. Binanın tikintisi 13-cü əsrin sonu – 14-cü əsrin əvvəllərində baş tutub.
Formanın mavi rəngini qızılı detallar tamamlayır.
“Fiorentina” bu mövsüm 5 ildən sonra ilk dəfə avrokuboklarda çıxış edəcək. Komanda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin