Mourinyo: “90 dəqiqə və ya ən azı 120 dəqiqədən sonra qalib gəlməliydik”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalında “Reyncers”lə cavab matçını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunu deyib:

“90 dəqiqə və ya ən azı 120 dəqiqədən sonra qalib gəlməliydik. Amma hesab edirəm ki, həm komandam, həm mən, həm də azarkeşlər ən yaxşısına layiqdir”.

“Fənərbaxça” ilk oyunda 1:3 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi cavab matçında 2:0 hesabı ilə qalib gəlsə də, penaltilər seriyasında məğlub olaraq, Avropa Liqasında mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button