
“Qol vurduqdan sonra diqqətimizi cəmləməyi öyrənməliyik”
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Selta” üzərində 4:2 hesablı qələbədən sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“90 dəqiqə ərzində, xüsusən də, qol vurduqdan sonra diqqətimizi cəmləməyi öyrənməliyik. Qol vurduqdan sonra həmişə bir-iki dəqiqə buraxa bilmərik. İnkişaf üçün yer var”.
Komandanın hücumçusu Robert Levandovski “Selta”ya qarşı oyunda het-trik edib, Lamin Yamal da qol vurub.
“Barselona” 12 turdan sonra 28 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. “Real” 31 xalla liqanın lideri olaraq qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


