9 yoxdursa, 90 olsun
“Çelsi”dən “İnter”ə icarəyə verilən belçikalı hücumçu Romelu Lukaku forma nömrəsi seçimini edib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Belçikalı “İnter”də 90 nömrəli forma geyinəcək. O, kluba ilk gəlişində 9 nömrəli formanı götürmüşdü. Amma indi bunu etmək mümkün deyil, çünki “9” digər hücumçu Edin Dzekodadır.
Lukaku 2021-ci ilin yayında “Çelsi”yə qoşulub. Bundan əvvəl isə o, məhz Milan komandasında çıxış edib.
Belçikalı forvard ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib. Lukakunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Lukaku “Çelsi”də 9 nömrəli formanı geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin