“Sevilya” futbolçusuna 75 milyon avro qiymət qoydu
İspaniyanın “Sevilya” klubu futbolçusu Dieqo Karlosun təzminat məbləğini müəyyənləşdirib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Əndəlüs klubu 27 yaşlı müdafiəçi üçün 75 milyon avro tələb edir. Məlumata görə, bu məbləğ futbolçunun müqaviləsində öz əksini tapıb. Klub, braziliyalı futbolçu üçün bu məbləğdən aşağı olan təklifləri dəyərləndirməyəcək.
Karlosla “Mançester Siti”, “Bavariya” kimi klubların maraqlandığı deyilir.
Onun İspaniya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin