7 nəfər danışılmış oyunlara görə futboldan uzaqlaşdırılıb – Azərbaycanda
AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş bir neçə futbolçunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Birinci divizionda MOİK klubunda çıxış edən 04.02.1992-ci il təvəllüdlü Hüseynov Kamil İsrafil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış edən 28.10.1992-ci il təvəllüdlü Allahverdiyev İlham Elman oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış edən 22.05.2002-ci il təvəllüdlü Rüstəmov Rüstəm Kənan oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış etmiş 20.05.2000-ci il təvəllüdlü Sabirli Qabil Mobil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan 18.12.2000-ci il təvəllüdlü Bayramov Fərman Namiq oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış edən 01.01.2000-ci il təvəllüdlü Veysov Elşən Kamil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilsin.
Qeyd: Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.
Bizi Facebook-da izləyin