7 ildə ilk dəfə

“Sumqayıt”ın Misli Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb. Aleksey Baqanın yetirmələri 5-ci turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.

Komanda.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.

Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/16 mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan sumqayıtlılardan fərqli olaraq “təyyarəçilər” 5 oyunun hamısında uduzub.

“Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz “sülh”ə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button