7 ildən sonra ilk dəfə millidən kənarda qaldı
Fransa millisinin hücumçusu Antuan Qrizmann topuğundakı zədə səbəbindən yoldaşlıq görüşlərini buraxacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu topuğundakı zədə ucbatından Almaniya və Çiliyə qarşı yoldaşlıq matçlarında iştirak etməyəcək.
32 yaşlı hücumçu 2017-ci ildən bəri ilk dəfə Fransa millisində oynamayacaq. O, indiyədək millidə 84 oyun keçirib və heç bir matçı buraxmayıb.
Fransa millisi martın 23-də Almaniya, bundan üç gün sonra isə Çili ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin