![](https://komanda.az/wp-content/uploads/2022/02/emin-mahmudov.jpg)
650-ci səfər qolu
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.
O, Premyer Liqanın 22-ci turunun “Zirə” ilə görüşündə hesabı açıb.
2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin