60 milyon avroluq təklifi rədd etdilər

“Mançester Siti” “İnter”in müdafiəçisi Alessandro Bastonini almaqda maraqlıdır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı italyan üçün 60 milyon avro təklif etsə də, “İnter” buna rədd cavabı verib.

Xəbərdə qeyd olunur ki, “Mançester Siti” təklifi artırsa, İtaliya klubu müdafiəçini sata bilər.

Bastone bu mövsüm bütün turnirlərdə “İnter”in heyətində 43 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button