6 il sonra keçmiş klubuna qayıtdı
Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa klubu digər elita təmsilçisi “Hoffenhaym”dan ayrılan Adam Salaini transfer edib.
Bu barədə onun köhnə-yeni klubunun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Macarıstan yığmasının forvardı 2014-cü ildən “Hoffenhaym”da çıxış edirdi. 2016-cı ildə qısa müddətə “Hannover”ə də icarəyə verilən Adam, bu yay azad agent statusu alaraq “Hoffenhaym”dan ayrılmışdı. O, daha öncə “Ştutqart”, “Real”, “Şalke” klublarında da forma geyinib. 2010-2013-cü illər aralığında isə Salai məhz “Maynts”da forma geyinib. Macarıstan yığmasında 56 oyun keçirən hücumçu, bu görüşlərdə 20 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin