
6 ay sonra qovuldu
“Nitsa” rəhbərliyi komandanın mövsümə uğursuz başlamasını baş məşqçi Lüsyen Favra bağışlamayıb. Bu gün təcrübəli mütəxəssislə yollar ayrılıb.
Komanda.az xəbər verir ki, ardıcıl iki heç-heçənin ardından ilin ilk oyununda “Renn”ə məğlubiyyət, ardınca kubokda aşağı dəstə təmsilçisinə yenilgi səbri daşıran son damla olub. Liqa 1-də 17 oyuna cəmi 5 qələbə qazanmasına görə məşqçi ilə yollar ayrılıb. “Nitsa” rəhbərliyi ciddi transferlər edib iddiasını artırmaq istəyirdi. Lakin Favr ümidləri doğrultmayıb.
Favr cəmi 6 ay “Nitsa”ya rəhbərlik edib. 26 oyunluq marafonda o, əvvəlki – Dortmund “Borussiya”sındakı uğurlarını təkrarlaya bilmədi.
Favr 2016-18-ci illərdə də “Nitsa”nın baş məşqçisi olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin