“6-7 aydır ki, onunla razılaşmağa çalışırıq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”nın transfer etmək istədiyi futbolçusu Leroy Sane ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin 80 milyon avroya transfer etmək istədiyi deyilən 23 yaşlı cinah futbolçusu haqqında danışan ispan mütəxəssis, ona yeni müqavilə təklif etdiklərini deyib:
“Saneyə müqaviləsini uzatmaqla bağlı təklif etdik. Onun komandada qalmasını istəyirik. 6-7 aydır ki, onunla razılaşmağa çalışırıq. Qalmasını istəməyimizin başqa bir sübutu ola bilər? Onu istəməsəydik, müqaviləsini uzatmaq üçün hər vasitəni sınamazdıq”.
48 yaşlı mütəxəssis, Sanenin ehtiyatda qaldığı üçün xoşbəxt olmadığı ilə bağlı iddialara da cavab verib:
“Futbolçular bəzən ehtiyatda qalmağı qəbul etməlidirlər. Amma onların oynamaq istəməsini də başa düşürəm”.
Bir müddət əvvəl “Bavariya”nın prezidenti Karl-Haynts Rummenigge də alman futbolçunu transfer etməyə çalışdıqlarını, Frank Riberi və Aryen Robbenin ayrılığından sonra ona ehtiyac duyduqlarını demişdi.
Bizi Facebook-da izləyin